Rifah Group Activity

Biz kimik

RİFAH (“Yeniyetmələrin və Gənclərin Mənəvi və İntellektual İnkişafına Dəstək” İctimayi Birliyi) təlim və təhsil sahəsində fokuslanmış qeyri-kommersiya təşkilatıdır.

Biz nə edirik

RİFAH-ın fəaliyyətinin mərkəzində yeniyetmələrin və gənclərin intellektual, mənəvi və etik qabiliyyətlərini inkişaf etdirən təlim proqramları dayanır. Bu proqramlar müxtəlif məkanlarda — özəl təhsil ocaqlarında, yeniyetmə düşərgələrində, uşaq sığınacaqlarında, həmçinin məcburi köçkünlərin məskunlaşdığı yerlərdə — həyata keçirilir.

Təşkilat təhsil, istiqamətləndirmə və dəyərlərə əsaslanan proqramlarla daha şüurlu bir cəmiyyətin formalaşması üçün çalışır.

Təlim proqramlarının praktiki aspektləri gənclərin və yeniyetmələrin əldə etdikləri bilikləri uzun vədədə tətbiq etmək və cəmiyyətə xidmət etməkdə kömək edir.

RİFAH dayanıqlı tərəqqini sıravi səviyyədə maddi, sosial, mənəvi, intelektual inkişafının məsuliyətini yerli əhalinin öz üzərinə götürməsində görür. Odur ki, proqramlar inkişaf prosesini irəlilədən bu iştirakçıların bilik, keyfiyyət və bacarıqlarının artırılmasına yönəlir.

Xəbərlər

Xəbər 4

RİFAH və Ciu-Citsu mərkəzi məktəblilər, valideynlər və müəllimlər üçün düşərgə təşkil ediblər

17 noyabr 2025
Xəbər 3

RİFAH Landau School-un şagirdləri üçün təcrübə proqramı keçirib

30 iyun 2025
Xəbər 2

RİFAH məcburi köçkünlərin məskunlaşdığı yerdə inkişaf proqramlarını tətbiq edir

5 iyun 2025
Xəbər 1

RİFAH və Ümid Yeri əməkdaşlığı inkişafa töhfə verir

1 may 2025

Bilik bir xəzinədir, onun açarı təhsildir.

Rifah müxtəlif yaş qrupları üçün materiallar və təlim hazırlamışdır - innovativ yanaşma ilə burada yaşca böyük gənclər (18-25 yaş) “icma rifahının irəlilədənləri” kimi təlim görür və öz qonşuluqlarında və ya kəndlərində yaşca kiçik gənclərdən (12-15 yaş) qruplar yaratmaq və müxtəlif məqsədyönlü fəaliyyətlərlə həftəlik görüşlər keçirmək üçün rəhbərlik alırlar. Təlim görmüş gənclər belə bir mühit yaradırlar ki, yaşca kiçik gənclər vacib suallar üzərində dərindən düşünsünlər, cəmiyyətdə öz rolları barədə şüurlarını yüksəltsinlər və öz istedadlarını kəşf edib onları ümumi xeyir üçün istifadə etsinlər.

Qarşılıqlı dəstək mühiti kimi xidmət edən gənclər qruplarının yaradılması konsepsiyası, proqramın müxtəlif komponentləri ilə birləşərək, gücsüzləşdirmənin təməl problemini yaradıcı və praktiki yolla həll edir. Layihə icmaya məxsusdur, yerli tələblərə uyğunlaşa bilir və səmərəlidir. Bundan əlavə, nəzərdə tutulur ki, gənclər qruplarında iştirakdan faydalanan gənclər nəhayətdə özləri “irəlilədən” olsunlar və gənc nəsillərlə işi davam etdirsinlər. Bu proqramla bağlı ilkin səylərimizdən gördüklərimizə əsasən, biz əminik ki, bu, öz icmalarının və bütövlükdə geniş cəmiyyətin işlərində konstruktiv şəkildə iştirak edən yeni bir gənclər nəslinə aparacaqdır.